İraqda azərbaycanlı zəvvar dünyasını dəyişib.
Oxu.Az bu barədə Report-a istinadən xəbər verir.
Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Fikrət Abdulxaliq oğlu Ağakişiyev İraqın Nəcəf şəhərində ürəktutmadan dünyasını dəyişib.
Azərbaycanlı zəvvar bu gün Nəcəf şəhərində Vaqi-salam qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Fikrət Atakişiyev Əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədovun prodüseri və şoumen olub.
N.H.