İraqda saxlanılan azərbaycanlı uşaqlardan biri Azərbaycana gətirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli deyib.
O, azyaşlının Azərbaycan hakimiyyət orqanlarına təhvil verildiyini qeyd edib: “Digərləri ilə bağlı məsələ isə təhlükəsizlik məsələsidir və heç nə deyə bilmərəm. İraq hökuməti bu sahədə Azərbaycanla iş aparır”.
A.M.