Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sazlanan köhnə nəsil qatarlara kondisioner QURAŞDIRILMAYACAQ
"Kondisioner sisteminin quraşdırılması zavod şəraitində olmalıdır. 2000-ci illərin əvvəlindən etibarən əldə etdiyimiz qatarlarda konstruktiv olaraq vaqonların altında kondisioner sistemlərinə aid idarəetmə bloklarının yerləşdirilməsi mümkün deyil".
Oxu.Az xəbər verir ki bu, bu fikirləri jurnalistlərə açıqlamasında Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov deyib.
O bildirib ki, kondisioner sistemi digər hissədən ibarətdir: "Yeni qatarlarda havalandırma sistemi vaqonların dam hissəsində yerləşir. Amma sazlanmış əvvəlki qatarlarda konstruktiv olaraq bu sistemi quraşdırmaq mümkün deyil. Bunu etmək üçün vaqonlar texniki olaraq sökülüb, yenidən yığılmalıdır. Sözügedən proses böyük vəsait tələb edir. Bu vəsaitin vaqonların istismar müddətinə görə ayrılması önəmli deyil".
"35 vaqon - yeddi kondisionerli qatar ölkəmizə gətirilib. Təxminən noyabrın əvvəlindən etibarən istismara veriləcək. 2025-ci ildə 20 vaqon - yəni dörd kondisionerli qatar istismara veriləcək.
2026-cı ildə isə 10 kondisionerli vaqon - iki qatar istifadəyə veriləcək", - deyə F.Əhmədov vurğulayıb.
Məhərrəm Əliyev
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- "28 May" metrostansiyasında qatarda nasazılıq YARANDI
- "Bakı Metropoliteni"ndə yüksək vəzifələrə TƏYİNATLAR
- "Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəhbəri İŞDƏN ÇIXDI
- "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis təyin edilib
- Bakıda metronun qarşısında qeyri-etik hərəkətlər edən şəxs HƏBS OLUNDU