Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkənin əksər bölgələrində, o cümlədən Bakı və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi əməl etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir.
"Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq", - məlumatda deyilir.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah yağış yağacaq, duman olacaq - 06.02.2025
- Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi
- Küləyin sürəti bəzi yerlərdə güclənib - FAKTİKİ HAVA
- BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Temperatur kəskin enəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Rəylər