Artıq Azərbaycanda bir neçə aydır ki, yol-hərəkəti haqqında qanunvericiliyin tələblərini pozan ağırtonnajlı yük maşınlarına qarşı tədbirlər davam edir.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, lakin heç də həmişə belə yük maşınlarının, xüsusilə də “Kamaz” markalı avtomobillərin sürücüləri yollara nəzarəti həyata keçirən dövlət qulluqçularına tabe olmurlar.
Həddən artıq yüklənilmiş və istənilən anda ağır yükə davam gətirməyərək sına biləcək və nəticədə yolda hərəkət edən digər sürücülərin həyatı üçün təhlükə yaradacaq yük maşınlarının sürücüləri hətta onları dövlət qulluqçularının üzərinə də sürməkdən çəkinmirlər.
“Kamaz”ların Azərbaycan yollarında göstərdikləri “şou”nu sizlərə təqdim edirik.
www.oxu.az