Oxu.Az-ın suallarını məşhur türk politoloqu Kamer Kasım cavablandırır.
- ABŞ prezidenti ermənilərə 24 aprel müraciəti zamanı bu dəfə də “soyqırımı” sözünü işlətmədi. Gələn il ermənilər və ermənipərəstlər “soyqırımı”nın 100 illiyini qeyd edəndə nə isə dəyişə bilərmi?
- ABŞ administrasiyası elə həmin siyasətə riayət edəcək. Prezident Obama bilirdi ki, “soyqırımı” sözünün rəsmi ABŞ nöqteyi-nəzərindən istifadəsi və ABŞ-ın mövqeyində erməni diasporunun xeyrinə olan istənilən dəyişikliklər türk-amerika münasibətlərinə ziyan verəcək.
- ABŞ və Avroİttifaqın rəhbərliyi türk baş nazirinin 1915-ci il hadisələrinin qurbanlarına ilk dəfə ifadə etdiyi başsağlığını alqışladı, amma bu da erməniləri qane etmədi. Siz bu barədə nə düşünürsünüz?
- Ermənilərin soyqırımı haqqında iddiaları erməni diasporunun ayrılmaz hissəsi və əsas istiqamətidir və bu məsələ üzrə mövqeyini dəyişmək fikri yoxdu. Nə erməni administrasiyası, nə də erməni diasporu Birinci dünya müharibəsi zamanı müsəlman ictimaiyyəti erməni təşkilatlarının vəhşiliklərilə qarşılaşdığı faktını qəbul etmək istəmirlər.
- Praqada Şərq əməkdaşlığı sammitində erməni prezidentinin Türkiyənin ünvanına hücumları zamanı Azərbaycan hökumət başçısının Türkiyəni qoruması faktını necə xarakterizə edərdiniz?
- Erməni prezidenti Sarkisyanın tədbirin gedişatında Türkiyəni ittiham edərkən Azərbaycan prezidenti İlham Əliyev Türkiyəni müdafiə edib. Türkiyə və Azərbaycanın strateji tərəfdar olduğunu nəzərə alsaq, prezident Əliyev tərəfindən dəstək gözlənilən idi və türk xalqı tərəfindən alqışlandı.
- ABŞ ilk öncə erməni-türk barışığının Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi olmadığını bəyan edir. Amma son zamanlar ərazilərin işğalı Türkiyə və Ermənistan arasında sərhədlərin bağlanılmasının ilkin səbəbi olduğu haqqında danışmağa başlayıblar və o aradan qaldırılmadan erməni-türk yaxınlaşması ola bilməz. Bu məsələlər arasında bağlılığın olmasından Vaşinqtonun əmin olmasına ümid varmı?
- Türk-erməni yaxınlaşmasını Dağlıq Qarabağ münaqişəsi ilə ayırmaq səhv olardı və bundan başqa reallığı əks etdirmir. Erməni-türk münasibətlərinin normallaşması sərhədin açılmasını tələb edir, Türkiyə 1993-cü ildə isə Ermənistanın Azərbaycan ərazisinin işğal etdiyinə görə sərhədləri bağlayıb. Beləliklə, tamamilə təbiidir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər Türkiyə sərhədləri açmayacaq. Əgər amerikan administrasiyası Türkiyə və Ermənistan arasında yaxınlaşmanı, eləcə də sərhədlərin açılmasını istəyirsə, ABŞ və Avropa Qarabağ münaqişəsinin həlli üçün daha çox şey etməlidirlər. Təəssüf edirəm, amma mən düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi onların xarici siyasəti üçün prioritet məsələdir.
- Siz Bakı və Ankaranın 1915-ci il hadisələrinin saxtalaşdırılmasına qarşı əməkdaşlığını ümumilikdə necə dəyərləndirirsiniz?
- “Soyqırımı” məsələsi üzrə Türk-Azərbaycan əməkdaşlığı davam edəcək və mən həm bu məsələ, həm də Xocalı məsələsinə dair Azərbaycan diplomatik nümayəndəliklərinin və cəmiyyətlərinin ildən-ilə daha da fəallaşdığını görürəm. Türkiyə və Azərbaycanın xaricdə fəaliyyəti daha da koordinasiyalı olsa daha çox effektiv nəticə əldə etmək olar.
F.H.
www.oxu.az