Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?
İşğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu mərhələli şəkildə ləğv olunacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, keçmiş məcburi köçkünlərin sosial statusuna xitam verildikdən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq.
Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək.
Qarabağa qayıtmaq istəyən şəxslər hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra orada evlə və torpaq sahəsi ilə təmin olunacaq, 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik edilməsi ilə bağlı olan məlumatlar yalandır, həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ barəsində yaxın günlərdə açıqlama veriləcək.
Aygün Mirakif
"Məcburi köçkün" teqi üzrə xəbərlər
- Birotaqlı mənzilə 15 nəfəri sığdıra bilməyən onkoloji xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA
- Acınacaqlı şəraitdə yaşayan yataqxana sakinləri şikayətçidirlər: "Evlərimiz bərbad haldadır"
- Fransalı professor: "Makron Ermənistana səfər etdi, amma Azərbaycana gəlmədi"
- Cəbrayıl sakini: "Çatan kimi torpağımı bağrıma basacağam"