"4 il azadlıqdan məhrum edilmişdim, bir il bir ay cəzamın çəkilməmiş hissəsindən azad edilmişəm".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən keçmiş məhkum Hikmət Bayramov deyib.
O bildirib ki, gözlənilmədən əfv olunma xəbərini alıb:
"Prezident İlham Əliyevə təşəkkür edirəm. Mənə bu sevinci yaşadıb. Hamının səhvi olur, mən də səhv etmişdim, cənab prezident bağışladı. Minnətdaram, bir daha səhv etməyəcəyəm".
Qaynar xətt:
(055) 224 12 12