Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Kəlbəcərə 29 ailə (115 nəfər) köçürülüb. Onlar şəhərdəki 1-ci yaşayış məhəlləsində məskunlaşıblar.
Bununla da Kəlbəcər şəhərinə köçürülən ailələrin sayı 81-ə (338 nəfər) çatıb.
Kəlbəcərə yola salınan növbəti köç karvanı şəhərə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 29 ailə (115 nəfər) köçürülür.
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə (115 nəfər) köçürülür.
Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (337 nəfər) çatacaq.