Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Naxçıvanın beş kəndində hərbi sursatlar tapılıb
Naxçıvanın beş kəndində hərbi sursatlar aşkarlanıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Çalxanqala, Təzəkənd, Şahtaxtı və Xok kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb ediliblər.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların dörd ədəd top mərmisi, bir ədəd minaatanın minası və bir ədəd qumbaraatan mərmisinin hissəsi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonunda partlamamış altı ədəd mərmi aşkar edilib
"Report"un yerli bürosu xəbər verir ki, təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan iki ədəd 122 mm-lik, bir ədəd 112 mm-lik, bir ədəd 87 mm-lik top mərmiləri, bir ədəd 84mm-lik minaatan mərmisi, bir ədəd 42mm-lik tank əleyhinə mərmi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin minalardan təmizlənmə üzrə pirotexnik qrupu tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.