Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kərə yağı BAHALAŞDI
Son günlər kərə yağının qiymətində xeyli artım müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb.
Elə satıcılar da qiymətlərin son günlər 3-6 manat arasında artdığını deyirlər.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur.
İqtisadçı Xalid Kərimli qeyd edib ki, qlobal bazarda süd məhsullarında bahalaşma qeydə alınıb.
Onun sözlərinə görə, Azərbaycan yağ idxalından asılı olan ölkə olduğu üçün xaricdə baş verənlər birbaşa daxili bazara təsir edir.
Ekspert qeyd edib ki, Azərbaycan kərə yağını əsasən Rusiya, Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir.
Ətraflı süjetdə:
Rəylər