Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kimsəsiz qonşusuna sahib çıxdı, sonra qocalar evinə yerləşdirdi
Kimsəsiz qadına evində 5 ay qulluq edən qonşusu onu öz arzusu ilə qocalar evinə yerləşdirib.
Ancaq o iddia edir ki, 76 yaşlı qonşusuna burada göstərilən münasibət ürəyincə deyil.
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən Bakı şəhər sakini Sevil Salayeva iddia edir ki, tənha yaşayan 76 yaşlı qonşusu Şəfiqə Sübhanovanı öz arzusu ilə Bilgəhdə yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirib.
Sevil Salayeva iddia edir ki, şəkərli diabetdən əziyyət çəkən keçmiş qonşusuna dərman alınması üçün pul istənilib.
Müəssisənin direktoru Samirə Mehdiyeva isə iddiaların əsassız olduğunu bildirib.
Hazırda ahıllar evinin 216 sakini olduğunu bildirən Samirə Mehdiyeva qeyd edib ki, müəssisəsinin bütün sakinləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar.
Ətraflı süjetdə:
Rəylər