Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Komitə sədri boşanmalar barədə: "Valideynlər ciddi yanaşmır"
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda boşanmaların qarşısının alınması üçün təkliflər səsləndirib.
Deputat Oxu.Az-a açıqlamasında deyib ki, boşanmağı düşünən ailələrə vaxt verilməlidir.
Onun sözlərinə görə, qeydiyyat şöbələrində barışıq missiyası olan qurumlar olmalıdır ki, boşanmaq istəyənlərə vaxt versinlər:
"Bundan başqa, valideynlər də öz tövsiyələri ilə ər-arvadı bu yoldan çəkindirməlidirlər".
Millət vəkili boşanmaların səbəblərindən də söz açıb. A.Naxçıvanlının fikrincə, cütlüklər ailə qurarkən dərindən düşünmür və tələskənliyə yol verirlər:
"Gənclər bəzən şan-şöhrətə aldanıb ailə qururlar. Yerlərdə maarifləndirmə işləri zəif gedir. Əlbəttə ki, ailələrin də böyük nöqsanları var. Valideynlər gənclərin evlənməsi məsələsinə çox ciddi yanaşmır".
Qeyd edək ki, 2019-cu ilin altı ayında qeydiyyat şöbələri tərəfindən 8257 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 7219 olub.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək
- Azərbaycanda sabiq deputat vəfat etdi
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
Rəylər