Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Roma” oyununa gedən azarkeşlərin çoxluğu nəticəsində “Koroğlu” metrostansiyasında sıxlıq yaranıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, bu səbəbdən metrodan çıxmaq və daxil olmaq istəyən sərnişinlər çətinlik çəkirlər.
Polis və metropoliten əməkdaşları vəziyyətə nəzarət edirlər.
S.B.
www.oxu.az