Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı mübarizə tədbirləri davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd (DSX) Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 9-da DSX-nin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda tütün məmulatının Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 (səksən beş) ədəd şübhəli bağlama müəyyən olunub.
Bağlamalara baxış zamanı dəyəri təqribən 330 000 (üç yüz otuz min) manat məbləğində aksiz markasız 111 072 (yüz on bir min yetmiş iki) qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
"Qaçaqmalçılıq" teqi üzrə xəbərlər
- Narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib - HESABAT
- Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub
- Əziz Orucovun məhkəməsi başlayır
- İstanbul-Bakı aviareysi ilə gələn azərbaycanlı saxlanıldı
- "MTN işi"nin ölmüş zərərçəkəninin xanımı Ali Məhkəməyə müraciət etdi
Rəylər