Laçında minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Laçın rayonu Kalafalıq kənd sakininin minaya düşməsi ilə bağlı Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub və dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub:
"Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub".
Qeyd edilib ki, 1959-cu il təvəllüdlü yaralının vəziyyəti stabil qiymətləndirilir.
Aqil Vəlili
Laçın rayonunda mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Oxu.Az-a verilən məlumata görə, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib:
"Laçın rayonunun Vağazin kənd sakini, 1960-cı il təvəllüdlü Əli Zeynalabdin oğlu Süleymanov həmin rayonun Kalafalıq kəndi ərazisində, Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində Əli Süleymanov sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır".
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!" - deyə məlumatda qeyd edilib.
Laçında mina partlaması nəticəsində xəsarət alan şəxs Xankəndiyə təxliyə edildi
Rəylər