Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Laçın şəhərində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələr aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
- Ukraynada savaşın görünməyən qəhrəmanı: "18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam"
- Nazirliyin siyahısına düşə bilməyən plastik cərrahları nə gözləyir? - Cinayət MƏSULİYYƏTİ VAR
- Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair TƏLƏBLƏR DƏYİŞDİ
- Xüsusi Təftiş Komissiyasının siyahısından narazı olan plastik cərrahlar nə etməlidirlər? - RƏSMİ