"Gələcəkdə Laçının bir neçə kəndinin - Ərikli, Şərbət, Pircahan və Güləbird kənd və qəsəbələrinin qurulması istiqamətində dövlətdaxili prosesdurlar aparılır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.
H.Quliyev xatırladıb ki, Laçında Zabuxçay adını daşıyan su anbarı mövcuddur:
"Bu su anbarı təsərrüfat üçün istifadə olunacaq. Eyni zamanda bu su anbarından Şərqi Zəngəzur və Qarabağa daxil olan rayonlarda suvarma üçün istifadə olunacaq. Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə içməli su rezervinə çevrilməsi üçün müasir imkanlar təmin ediləcək. Həmçinin Həkəri su anbarının da tikintisi planlaşdırılır. Bu anbar rayonu içməli su ilə təmin edəcək. Laçında hər bir ev bütün kommunal xidmətlərlə təmin olunur".