Lənkəranda dənizdə boğulmuş şəxsin kimliyi müəyyənləşdirilib.
Oxu.Az Report–a istinadən xəbər verir ki, onun meyitini çimərlikdə olan tanışları sudan çıxarıb.
Lənkəranda dənizdə boğulmuş şəxsin kimliyi məlum olub.
Bu, 24 yaşlı Səttarov Əlövsət İntiqam oğludur.
17:40
Lənkəranda dənizdə boğulma hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Vel kəndində, tikintisi yarımçıq qalmış dəniz limanı ərazisində saat 17:20 radələrində baş verib.
Belə ki, Lənkəranın Moğonojba kəndinin təxminən 34-35 yaşlı sakini içkili vəziyyətdə çimərlikdə çimərkən boğulub. Onun meyitini çimərlikdə olan tanışları sudan çıxarıb.
Hadisə yerinə təcili yardım çağırılıb.