Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Nicat Şıxəlizadə mübarizəni dayandırıb.
Oxu.Az-ın məlumatına görə, 66 kq. çəki dərəcəsində çıxış edən təcrübəli idmançı 1/8 final mərhələsində italiyalı Fabio Bazileyə uduzub.
Görüşün əvvəlində ona, ortalarında isə rəqibinə xəbərdarlıq edilib. Lakin 2 dəqiqə 39 saniyənin tamamında Basile ippon fəndi ilə qələbəyə nail olub.
17:54
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Nicat Şıxəlizadə ilk görüşünə çıxıb.
Oxu.Az Report–a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı 1/16 finalda ispaniyalı Suqoy Uriarte ilə üz-üzə gəlib.
Görüşün əvvəlində hakim hər iki cüdoçuya xəbərdarlıq edib. Az sonra Uriarte növbəti cərimə xalı alıb. Üstəlik, Şıxəlizadə ona fənd tətbiq edərək, yuko xalı alıb. Sona doğru Azərbaycan cüdoçusu da növbəti xəbərdarlıq xalı alsa da, ümumi nəticədə qələbəni əldən verməyib.
Qeyd edək ki, Nicat Şıxəlizadə 1/8 finalda Sebastian Seydl (Almaniya) - Fabio Bazile (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq.