1-20 noyabr tarixləri arasında bütün "McDonald’s" restoranlarında “Sən də yardım əlini uzat!” xeyriyyə aksiyası keçirilib. Bütün restoranlarda suvenir olaraq satılan yardım nişanı və ovuc stikeri, noyabrın 20-də satılan böyük Frenç Frayzın satışlarından əldə edilən 7390 AZN vəsait "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyi uşaqlarının ehtiyaclarını ödəmək üçün sərf olunacaq.
“Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi 2005-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya tədbirlərinə cəlb edərək cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Birliyin fəaliyyəti dövründə 3876 xüsusi qayğıya ehtiyacı olan uşaq kompleks bərpa müalicəsi alıb. Eyni zamanda, uşaqlar inklüziv məktəbəhazırlıq kursuna, art terapiya, müxtəlif dərnəklərə cəlb olunurlar. Bununla da uşaqların şəxsi keyfiyyətləri və bacarıqları inkişaf etdirilərək müstəqil həyata uyğunlaşırlar.
"McDonald’s" şirkəti “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinə müştərilərin köməyi ilə yardım etdiyi üçün şaddır.
Qeyd edək ki, dünyaca məşhur "McDonald’s" şirkəti 1955-ci ildən etibarən belə aksiyalar həyata keçirir və buna davam etməyi planlaşdırır. Belə aksiyalar şirkətin uğurlu inkişafının əsas təməl daşlarından biridir. Məhz "McDonald’s Azərbaycan" öz “Kiçik uşaqların böyük problemləri olmamalıdır!” şüarını öndə tutaraq, hər zaman belə xeyriyyə tədbirlərinin həyata keçirilməsini dəstəkləyir.
Uzun illər ərzində daima uşaqların yanında olan "McDonald’s Azərbaycan" şirkəti bütün müştərilərinə kömək əlini uzatmağa həmişə hazır olduqları və "McDonald´s" restoranlarında keçirilən xeyriyyə aksiyalarında fəal iştirak etdiklərinə görə öz dərin minnətdarlığını bildirir.