Ədliyyə Nazirliyinin Penitensiar xidmətində kadr dəyişikliyi olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev xidmətin rəisi Mədət Quliyevin əmri ilə vəzifəsindən azad edilib.
M.Quliyevin əmri ilə həmin vəzifənin icrası Rauf Məmmədova həvalə edilib.
Qeyd edək ki, R.Məmmədov buna kimi 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini tutub.