Azərbaycanın Kürdəmir rayonunun orta məktəblərindən birində faciə baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə Kürdəmir şəhərində baş verib. Şəhər 6 saylı orta məktəbinin 10-cu sinif şagirdi, 1998-ci il təvəllüdlü Ələkbərova Aytac Mübariz qızı 3-cü mərtəbədəki sinif otağının pəncərəsindən yıxılıb yaxud özünü atıb.
O, ağır vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər 16 yaşlı qızın Bakıya təxliyə edilməsinə qərar veriblər və yaralı paytaxta gətirilib.
İlkin olaraq 16 yaşlı qıza qarnın, döş qəfəsinin küt travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.
Valideynləri bildiriblər ki, A.Ələkbərova epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Bu səbəbdən də onun, nəfəs almaqda çətinlik çəkərkən pəncərəyə yaxınlaşması və bu zaman yıxılması ehtimalı var.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, hadisə tənəffüs vaxtı baş verib.