Təhsil Nazirliyi orta məktəblərin yaz tətili günlərinin müddətini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu il orta məktəblərdə yaz tətili, keçən il olduğu kimi martın 17-dən başlayacaq.
Orta məktəb şagirdlərinin tətil müddəti martın 24-dək müəyyən edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, bu il martın 20-dən 28-nə (martın 28-i daxil olmaqla) qədər Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.
E.Ə.
www.oxu.az