Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məmməd Musayev: "2026-cı ilədək 32,4 milyard manat sərf olunacaq"
"Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma sahəsində ölkəmiz 2022-26-cı illəri əhatə edən "Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nı uğurla icra edir".
Oxu.Az xəbər verir ki, bunu əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, "DOST" müfəttiş layihəsinin təqdimatı zamanı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
O bildirib ki, dövlət büdcəsindən 2020-24-cü illər üzrə bərpa-quruculuq işlərinə 16 milyard manat vəsait ayrılıb. 2026-cı ilədək "Böyük Qayıdış Proqramı"nın icrasına 32,4 milyard manat sərf olunacaq:
"İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında ən önəmli rol məhz özəl biznesin üzərinə düşür. Dövlət həmin ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürüb və bu məqsədlə təşviq proqramları həyata keçirilməkdədir. Qarabağ və Şərqi Zəngəzur zəngin xammal, təbii ehtiyatlar, kənd təsərrüfatı, sənaye, turizm, yaşıl enerji sektorlarına böyük investisiya perspektivləri təqdim edir. Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyinin Şuşada keçirdiyi "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" konfransında nazir Mikayıl Cabbarovun iştirakı ilə bu perspektivlər geniş müzakirə edildi. Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirin iştirakçılarından biri idi".
Könül Cəfərli