“ATV Xəbər”in aparıcısı Günel Bəhramqızı çalışdığı ATV telekanalından ayrılıb.
Oxu.Az mövzu ilə əlaqədar aparıcının özü ilə əlaqə saxladı.
Teleaparıcı xəbəri təsdiqlədi:
“Bəli, ATV-dən ayrılmışam. Nazirliklərin birindən iş təklifi gəldi, qəbul etdim. İş fəaliyyətimi daha perspektivli və fərqli istiqamətə dəyişməyi qərarlaşdırdım. Əlbəttə, bu, mənim üçün çox çətin oldu. Çünki 10 il ATV kanalının əməkdaşı olmuşam. Ora mənim ikinci ailəmdir”.
Aytən Sadıqzadə
www.oxu.az