“Bakı Metropoliteni”nin stansiyasının bir hissəsi təmirdən sonra açılır.
Metropolitenin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, aprelin 18-də səhər saat 6:00-dan “İnşaatçılar” stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq.
:640.jpg)
1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini baş vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvar ayının 23-dən sərnişinlərin giriş-çıxışına bağlanmışdı.
:640.jpg)
:640.jpg)
Təmir müddətində stansiyanın 30 illik istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela” tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilmiş, həm də müasir estetik görkəmi ilə seçilir.
:640.jpg)
:640.jpg)
Z.Q