Sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib.
Həmin zolaqlar müntəzəm hərəkət edən avtobuslar üçün nəzərdə tutulub və digər nəqliyyat vasitələri zolağa daxil olduğu zaman qanunla məsuliyyətə cəlb edilir.
Bu haldan isə mikroavtobus sürücüləri narazılıqlarını bildiriblər. Onlar da digər avtobuslar kimi sərnişin daşıdıqları üçün bu zolaqdan istifadə etmək istəyirlər.
"Tələbələri, işə gedənləri aparıb-gətiririk. Camaat işə gecikir və bizdən narazılıq edir. Zolaqdan istifadə edə bilmiriksə, niyə fərqlənmə nişanı alırıq?" - deyə sürücülər gileyləniblər.
Daha ətraflı Baku TV-nin materialında:
Sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib.
Rəylər