Kür çayında mühərriki dayanan Kater turistlərin qorxusuna səbəb olub.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Kürün Mingəçevirdən keçən hissəsində baş verib.
Gəzinti üçün Katerə minən sərnişinlər mühərrik dayanan zaman həyəcanlı anlar yaşayıblar.
Hazırda sərnişinlərin Katerdən təxliyə prosesi aparılır.
Faktla bağlı araşdırma aparılır.