Mingəçevir şəhərində toyda baş vermiş zəhərlənmənin səbəbi məlum olub.
Oxu.Az Report-a istinadə”un Şirvan bürosu xəbər verir ki, Mingəçevirin “Ağsaray” şadlıq sarayında baş vermiş hadisə zamanı zəhərlənmiş 10 nəfərin 7-si qadın, 3-ü kişidir. Həmin şəxslərin hamısı qız evinin adamları olub. Eyni masada oturan şəxslər toydan bir gün əvvəl xüsusi olaraq özləri üçün bir neçə çeşid yemək hazırlayıblar, lakin yeməklər soyuducuya qoyulmayıb. İlkin ehtimala görə, zərərçəkənlər həmin yeməklərin hansısa birindən zəhərlənib.
Artıq hadisə ilə bağlı yemək nümunələri Bakıya göndərilib. Bir neçə gündən sonra analizlərin nəticələri məlum olacaq.
06.08.2017 (10:53)
10 nəfər şənlik iştirakçısında mədə pozğunluğu baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Energetik yaşayış massivində yerləşən “Ağsaray” şadlıq sarayında qeydə alınıb.
Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili “Ağsaray” şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkib. GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyir: “Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda labarator anlizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit,yəni mədə pozğunluğu yaradıb.”
Faktla bağlı araşdırmalar davam etdirilir.
A.M.