Bu gün Azərbaycan təhsili yüksək inkişaf səviyyəsindədir.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov deyib.
O bildirib ki, Azərbaycan təhsili dünyanın ən aparıcı ölkələrinin təhsil sistemi ilə müqayisə oluna bilər:
“Ölkə başçısı İlham Əliyev təhsil sisteminə xüsusi diqqət ayırır. Bu səbəbdən təhsilin ilbəil daha da inkişaf etməsi göz qabağındadır”.