Milli Televiziya və Radio Şurası (MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə MTRŞ-in aparat rəhbəri Toğrul Məmmədov bildirib.
Onun dözlərinə görə, bu məsələ “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.
O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil:
“Qanunvericilik buna yol vermir. Eyni zamanda, Şura tərəfindən yaxın gələcəkdə yeni telekanalın açılması üçün müsabiqənin elan edilməsi də gözlənilmir”.
A.M.