Müdafiə Nazirliyindən ötən gecə ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrində xidmət etdikləri iddia edilən Fərid Əliyev- 19 yaş, Cahangiz Muradov 19 yaş (manqa komandiri) , Ramazan Abdullayev 23 yaş (leytenant) , Qurban Həsənov 24 yaş (leytenant) adlı şəxslərin qətlə yetildiyi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlara cavab gəlib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yuxarıda adları çəkilən şəxslərin heç bir Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xismət etmirlər:
“O adlarla bağlı araşdırma apardıq. Mətbuatda yayılan həmin adda və soyadda olan şəxslər ümumiyyətlə Azərbaycan ordusunda xidmət etmirlər”.
Qeyd edək ki, kütləvi informasiya vasitələri ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində Fərid Əliyev- 19 yaş, Cahangiz Muradov 19 yaş (manqa komandiri) , Ramazan Abdullayev 23 yaş (leytenant) , Qurban Həsənov 24 yaş (leytenant) adlı 4 Azərbaycan əsgəri və zabitinin qətlə yetildiyi barəsində məlumatlar yayıb.
11:35
Müdafiə Nazirliyindən kütləvi informasiya vasitələrində ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində bir neçə azərbaycan əsgərinin qətlə yetildiyi barəsində yayılan məlumatlara cavab gəlib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yayılan məlumatlar yalandır:
“Bu məlumatlar yalandır. Təxribatdır. Belə bir şey yoxdur”.
Qeyd edək ki, kütləvi informasiya vasitələri ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində 4 Azərbaycan əsgəri və zabitinin qətlə yetildiyi barəsində məlumatlar yayılıb.
Erməni silahlı bölmələri Tərtər rayonu istiqamətində atəşkəsi pozublar.
Ötən gün gecə saatlarında Tərtər rayonu müxtəlif istiqamətlərdən atəşə tutulub. Atəşkəsin şiddətli xarekter daşımadığı bildirilir. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Atəşkəsin pozulması nəticəsində hərbçilərimiz arasında ölən və xəsarət alan olmayıb. Hazırda bölgədə sakitlik hökm sürür.
Xatırladaq ki, sırağa gün və dünən erməni silahlı bölmələri Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Qarşı tərəf cavab atəşi ilə susdurulub.