Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda vəziyyətin gərginləşməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilənə görə, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır:
“Hazırda bu istiqamətdə vəziyyət sabitdir və stabildir. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.
Qeyd edək ki, bu gün bəzi KİV-də Naxçıvanın Sədərək, Culfa və Şahbuz rayonlarında ermənilərlə şiddətli döyüşlər getməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda ermənilərin Culfanın Ləkətağ yüksəkliyini ələ keçirdiyi qeyd olunur.