Abşeron rayonunun Saray qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yaşayan sakinlər ərazidəki kommunal problemlərdən şikayətçidirlər. Sakinlər günlərlə susuz qalırlar və bununla yanaşı, elektrik təchizatında yaşanan problemlər vəziyyəti daha da ağırlaşdırır.
Bu barədə Baku TV-nin videomaterialında deyilir.
"Su, demək olar ki, mütəmadi olaraq kəsilir. Kanalizasiya xətti məhəllənin həm əvvəlində, həm də axırında mövcuddur. Şəbəkələrin arasında 500-600 metr məsafə olsa da, xəttin mənzillərə çəkilməsi üçün bizdən pul tələb olunur. Hər evdən 1 000 manat istəyirlər", - sakinlərdən biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
"İşıq probleminə görə kombim yandı. Dəfələrlə aidiyyəti quruma zəng etmişik, mühəndis gəlib düzəldir, bir həftə keçməmiş yenə eyni problem yaranır".