Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2015-ci ilin may ayı ərzində 1 572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Bu barədə Oxu.Az-a ƏƏSMN-dən məlumat verilib.
Nazirlik bildirir ki, qeyd olunan hüquq pozuntularının işəgötürənlər tərəfindən aradan qaldırılması üçün tədbirlərin görülməsi təmin edilib.
Ötən ay əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edilib və cərimələrin 55,83%-i (191 121 manat) dövlət büdcəsinə ödənilib.
Bu göstərici ötən ilin may ayına dair müvafiq göstərici ilə müqayisədə 42 997 manat və ya 29,02% çoxdur.
Nazirlik onu da əlavə edir ki, hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında 8,27 %, o cümlədən may ayında 15,34% azalıb.
Ülviyyə R. Əli
www.oxu.az