Azərbaycanın aktivində Rio-de-Janeyroda keçiriləcək Olimpiada-2016-da iştirak lisenziyası var.
Oxu.Az xəbər verir ki, Rioya üçüncü lisenziyanı ölkəmiz üçün çəkic atma üzrə idmançı Anna Skidan gətirib. Moldovada keçirilən yarışlarda o, 7231 metr nəticə ilə 2-ci yeri tutub, bu, ona Olimpiadada iştirak etmək imkanı verib.
23 yaşlı ukraynalının artıq Olimpiya oyunlarında iştirak təcrübəsi var. 2012-ci ildə o, Londonda keçirilən Olimpiadada Ukraynanı təmsil edib.
Xatırladaq ki, daha öncə Azərbaycan üçün lisenziyanı boksçu Albert Səlimov və daha bir çəkic atma üzrə idmançı Dmitri Marşin qazanıb.
F.H.
www.oxu.az