Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, sentyabr-oktyabr aylarında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilmişdir:
1. “The Landmark Hotel” mehmanxanası (5 ulduz),
2. “Excelsior Hotel Baku” mehmanxanası (5 ulduz),
3. “Bosfor” mehmanxanası (4 ulduz),
4. “Ariva” mehmanxanası (4 ulduz),
5. “Central Park” mehmanxanası (4 ulduz),
6. “Atropat” mehmanxanası (4 ulduz),
7. “Gəncəli Plaza” istirahət mərkəzi (4 ulduz),
8. “Araz” mehmanxanası (3 ulduz),
9. “Egoist” mehmanxanası (3 ulduz),
10. “Balion” mehmanxanası (3 ulduz).