Neftçala rayonunda 12 yaşlı uşaq intihar edib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, rayonun Mikayıllı kənd sakini, 12 yaşlı Orxan Şamil oğlu Hüseynov bu gün axşam tərəfi yaşadığı evin həyətindəki damda özünü asaraq həyatına son qoyub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.