Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nərminə Ramazanova: "Elə müraciətlər olur ki, operator 40-50 dəqiqə cavablandırmalı olur"
"Elə müraciətlər olur ki, operator 40-50 dəqiqə cavablandırmalı olur".
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin media və vətəndaş cəmiyyəti nümayəndələri üçün "1542" Çağrı mərkəzində keçirdiyi "Açıq qapı" günündə mərkəzin rəhbəri Nərminə Ramazanova deyib.
O deyib ki, etik qaydalar pozulmadığı halda operatorla danışıq davam etdirilir:
"Etik qaydaların pozulduğu hallar da olur. Belə bir hal olmuşdu. Bir nəfər etik qaydaları pozduğu üçün biz Daxili İşlər Nazirliyinə müraciət etməli olduq. Bundan sonra həmin şəxsin zəngləri dayansa da, sonradan yenə zəng etmişdi, amma bu dəfə etik qaydaların pozulması halı yaşanmadı".
"Ən uzun zəngin müddəti 1 saatdan artıq olub. Çağrı mərkəzimizə zənglər ödənişsizdir. Kimsə evdə tək olduğu, darıxdığı üçün də zəng edə bilir. Zənglərin cavablandırılmasında limit qoya bilmirik. Lakin zənglər çox olarsa, bu zaman zəng edən vətəndaşa bildiririk ki, danışığı yekunlaşdırmaq məcburiyyətindəyik", - deyə o qeyd edib.
Aləmdə Nəsib
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"
- Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır
- Sədr müşaviri: "Ailə həkimləri yoxdur, ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır"
- Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var