Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Növbəti günlərdə bölgələrimizdə hava necə olacaq? - AÇIQLAMA
"Yağıntılı hava şəraitinin mayın 24-nə kimi davam edəcəyi gözlənilir".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O, qeyd edib ki, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
"Gözlənilən yağıntılı hava ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında isə sabah, mayın 22-də axşam və mayın 23-də gecə saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Əksər bölgələrimizdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Zəngəzur, Qazax-Gəncə zonalarında yağıntılar leysan xarakterli və intensiv olub", - deyə G.Məmmədova vurğulayıb.
Əzizə İsmayılova
Rəylər