Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Oğuzda küçə zibil poliqonuna çevrildi: Dövlət qurumu hərəkətə keçdi - FOTO/VİDEO
“Oğuz rayonunda M.F.Axundov küçəsinin zibil poliqonuna çevrilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Akif Məmmədov deyib.
Xidmət rəsmisi bildirib ki, tullantıların qalaqlandığı ərazi yeddi saylı Regional Ekologiya İdarəsinin əməkdaşlarının nəzarəti altında Oğuz rayon Mənzil İstismar və Kommunal Təsərrüfat İdarəsinin işçiləri tərəfindən təmizlənib.
Xatırladaq ki, bir neçə gün əvvəl Oxu.Az-ın redaksiyasına sözügedən küçənin zibil poliqonuna çevrilməsi ilə bağlı məlumat daxil olmuşdu. Məlumatda əraziyə yük maşınlarının inşaat tullantılarını boşaltması və yoldan keçən şəxslərin də məişət tullantılarını həmin əraziyə atdıqları öz əksini tapmışdı.
Video və fotoları təqdim edirik:
@oxuaz Oğuzda zibilliyə çevrilən küçə təmizləndi.
♬ оригинальный звук - Oxu.az News
Əzizə İsmayılova
Rəylər