2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 586 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz azdır.

Azərbaycana gələnlərin ən böyük hissəsi Rusiya və Türkiyə vətəndaşlarının payına düşüb. Belə ki, səfər edənlərin 27.9 faizi Rusiya, 19.4 faizi Türkiyə, 7.8 faizi İran, 4.8 faizi Gürcüstan, 4.6 faizi Qazaxıstan, 3.5 faizi İsrail, 3.4 faizi Pakistan, 3.2 faizi Özbəkistan və 2.6 faizi Çin və Hindistan vətəndaşlarıdır.
Səudiyyə Ərəbistanından gələnlərin payı 2.5, Ukraynadan 1.6, Türkmənistandan 1.3, Almaniyadan 1.1, Böyük Britaniyadan isə 1 faiz təşkil edib. Digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər gələnlərin 12.7 faizini təşkil edib.
Azərbaycana gələnlərin 66.9 faizi kişilər, 33.1 faizi qadınlar olub.