Bu günlərdə YouTube sosial şəbəkəsində heyvanlar, daha dəqiqliklə, insanların öz “kiçik qardaşlarına” qaşrı amansız münasibətindən bəhs edən videoçarx yerləşdirilib.
Oxu.Az xəbər verir ki, İlkin Zəfərlinin çəkdiyi klipdə ölməkdə olan it kömək diləsə də, ətrafdan keçənlərin heç biri ona diqqət yetirmir.
Tezliklə öləcəyini görən it insanlardan sonuncu xahişini edir, yalvarır ki, insanların itin küçüklərinə qarşı ehtiyatlı olsunlar və onları öldürməsinlər.
Videoçarxın müəllifi insanları yollarda daha ehtiyatlı olmağa və heyvanları vurmamağa çağırır.
Elvin Əhmədov
www.oxu.az