Bakıda və Abşeron yarımadasında iyulun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi əsəcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 19-24, gündüz 33-38 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 10-da da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimal olunur. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.