Populyar ifaçı EMİN (Emin Ağalarov) Yaşıl Teatr-da konsertə hazırlaşır.
Konsertin iyulun 11-də keçiriləcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki məlumata görə, konsertdə tamaşaçıları yeni mahnılarla yanaşı, təkrarolunmaz 3D-mappinq effektli şou gözləyir.
“Yaşıl Teatrın tamaşaçıları bu il mənim yeni mahnılarımı eşidən ilk kəslər olacaq. Ümüd edirəm ki, mən bu il də bakılılara öz konsertimlə xoş təəsüratlar bağışlayacağam”, - deyə Emin bildirib.
Elvin Əhmədov
www.oxu.az