Oxu.Az Vesti.Az-a istinadən, Azərbaycanda, xüsusilə də paytaxt Bakıda yayılmış reklam “şedevrləri” ilə bağlı yazını oxucularına təqdim edir.
“Bir vaxtlar Tyutçev yazırdı ki, ağıl ilə Rusiyanı başa düşmək mümkün deyil. Bu məsələdə şairlə razılaşmamaq çətindir. Lakin Tyutçev Rusiyada deyil, müasir Azərbaycanda yaşasaydı, çatışmazlıqları görüb daha bəd yazardı.
Axı hansı ölkədə “klok” (sellofan torba), “karbirator” (“karbürator”) və s. tipli yazılar görmək olar? Azərbaycanda, o cümlədən Bakıda hansısa obyektlərin reklam lövhələri ilə də bağlı ağını çıxarıblar. Bəzən isə elə şey yazırlar ki, anlamaq olmur, bunu yazanın ağlı başındadır?
Məsələn, təqdim olunmuş fotoda işbaz orijinallıq etmək qərarına gəlib və reklam yerləşdirib: “2 çörək alana pulsuz sabun verilir...”. Yəqin ki, bu absurd vəziyyəti yalnız məşhur satirik yazıçı Mixail Zadornov izah edə bilərdi.
Burda məntiq hardadır? Çörək və sabunun nə əlaqəsi? Hətta hansısa məntiqi əlaqə tapmağa çalışsan belə, bunu etmək sadəcə qeyri-mümkündür. Əgər 2 çörəyə əlavə olaraq pendir, yağ, kolbasa, kürü versəydilər, bunu başa düşmək olardı...
Ümumiyyətlə, başqa tipdə elan yerləşdirmək daha məntiqli olardı: “2 şüşə araq alana pulsuz pivə verilir”. Düzdür, bu orqanizm üçün zərərlidir, lakin heç olmasa məntiq var. Lakin bu o qədər də maraqlı olmazdı. Axı sabunsuz necə olsun? Bəziləri sabunsuz keçinə bilmirlər. Xüsusən də pulsuz...”