Azərbaycan Ordusunun iki əsgəri təlim zamanı yüngül xəsarət alıb.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində iki hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb.
Hərbi qulluqçulara dərhal müvafiq tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.