Təkcə son 5 ildə respublikaya 417 mindən çox avtomobil gətirilib.
Hazırda ölkə üzrə orta hesabla hər 8 nəfərə bir avtomobil düşür və qeydiyyatda olan nəqliyyat vasitələrinin ümumi sayı 1 245 000 ədədi ötüb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə nazirliyin geniş kollegiya iclasında Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsi ilə bağlı olaraq, təkcə son 5 ildə respublikaya 417 mindən çox avtomobil gətirilib.