2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət (qadın - 29, kişi - 16) qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, 2024-cü ildə qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cinayət qeydə alınmayıb. 2024-cü ildə qadınlarla bağlı 6 778, o cümlədən zorakılıqla müşayiət olunan 2 427 cinayət qeydə alınıb.
Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1 217, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub. 2023-cü ildə isə qadınlarla bağlı 6 825, o cümlədən zorakılıqla müşayiət olunan 2 344 cinayət qeydə alınıb.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.
Mərahim Nəsib